...

İran Azərbaycana rəsmən səfir təyin edib

Siyasət Materials 10 Oktyabr 2012 17:25 (UTC +04:00)
o cümlədən Azərbaycana təyin edilən yeni səfir Möhsin Pak Ayin ilə görüşüb.
İran Azərbaycana rəsmən səfir təyin edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran Azərbaycana rəsmən səfir təyin edib.

İran Prezidenti Mahmud Əhmədinejad Tehranda bir sıra ölkələrə, o cümlədən Azərbaycana təyin edilən yeni səfir Möhsin Pak Ayin ilə görüşüb. Bu barədə Trend çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən məlumat verir.

Dövlət başçısı Azərbaycan, Qırğızıstan, Malayziya və digər ölkələrdəki diplomatik missiyaların yeni rəhbərlərinə tövsiyələrini verərək İranın bu ölkələrlə ikitərəfli münasibətlərinin inkişafının zərurətini qeyd edib.

Möhsin Pak Ayin 1954-cü ilə Fars əyalətində anadan olub. 1987-91-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməzdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

Ayin bu vəzifədə diplomatik missiyası cari ilin yayında başa çatan Məhəmmədbağır Bəhramini əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti