...

Azərbaycan ilə Rumıniya və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Siyasət Materials 12 Oktyabr 2012 10:24 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan ilə Rumıniya və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələlərində iştirak etmək məqsədilə oktyabrın 9-10-da Buxarest, 11-də isə Belqrad şəhərində səfərdə olub.
Azərbaycan ilə Rumıniya və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan ilə Rumıniya və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələlərində iştirak etmək məqsədilə oktyabrın 9-10-da Buxarest, 11-də isə Belqrad şəhərində səfərdə olub.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər müddətində nazir müavini qeyd edilən ölkələrin müvafiq qurumları ilə regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparıb və Azərbaycanın bu ölkələrlə ikitərəfli, eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.

Eyni zamanda, nazir müavini Rumıniyaya səfəri çərçivəsində Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş brifinqdə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti