...

Ermənistan və İran ikitərəfli münasibətlərin geniş spektrini müzakirə ediblər

Siyasət Materials 15 Oktyabr 2012 18:08 (UTC +04:00)
Ermənistanın Respublika Partiyasının parlament fraksiyasının lideri, Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Qalust Saakyan bu gün İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Rəisi ilə görüşüb.
Ermənistan və İran ikitərəfli münasibətlərin geniş spektrini müzakirə ediblər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Ermənistanın Respublika Partiyasının parlament fraksiyasının lideri, Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Qalust Saakyan bu gün İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Rəisi ilə görüşüb. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Görüş zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə geniş spektri müzakirə edilib.

İqtisadiyyat sahəsində qarşılıqlı mənfəətli strateji proqramların gələcəkdə də həyata keçiriləcəyinə ümidvar olduğunu deyən Rəisi qeyd edib ki, bununla bağlı problemlərin həlli qarşıdakı hökumətlərarası komissiyanın iclasının gündəliyində olacaq.

Diplomat, həmçinin ölkə parlamentinin İran-Ermənistan dostluq qrupunun yeni heyətini təqdim edib.

Görüş zamanı parlament əməkdaşlığı, siyasi və iqtisadi vəzifələr, regional inkişaf məsələləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti