Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, aşağıdakı dəyişiklik edilib:
Əsasnaməyə aşağıdakı məzmunda 16.10-2-ci yarımbənd əlavə edilib:
"16.10-2. qanuna uyğun olaraq "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edir;".