...

Gürcüstan ilk növbədə Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir

Siyasət Materials 24 Oktyabr 2012 12:32 (UTC +04:00)
Balanslaşdırılmış regional siyasətin yürüdülməsi Gürcüstana Qafqaz maraqlarının birləşdiricisi funksiyasını verməlidir. Trend-in məlumatına görə, bu barədə hökumətin yeni tərkibi ilə birlikdə parlamentin komitə və fraksiyalarında müzakirə olunan "Güclü, demokratik, vahid Gürcüstan üçün" adlı hökumət proqramında deyilir.
Gürcüstan ilk növbədə Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir

Gürcüstan, Tbilisi, 24 oktyabr /Trend, müxbibr N.Kirsxaliya/

Balanslaşdırılmış regional siyasətin yürüdülməsi Gürcüstana Qafqaz maraqlarının birləşdiricisi funksiyasını verməlidir. Trend-in məlumatına görə, bu barədə hökumətin yeni tərkibi ilə birlikdə parlamentin komitə və fraksiyalarında müzakirə olunan "Güclü, demokratik, vahid Gürcüstan üçün" adlı hökumət proqramında deyilir.

Parlamentdə yeni hökumət üzrə səsvermə oktyabrın 25-də keçiriləcək.

Proqramda deyilir ki, Gürcüstan Qafqaz maraqlarının ifadəçisi olmaq məqsədilə ilk növbədə Azərbaycan, Türkiyə və Ermənistanla öz münasibətlərini dərinləşdirmək niyyətindədir.

Gürcüstan məhz "beynəlxalq mexanizmlərdən istifadə etməklə" Rusiya ilə dialoq qurmağa da cəhd edəcək.

Gələcək hökumət qeyd edir ki, Gürcüstanın xarici siyasətinin prioriteti "Aİ-yə daxil olmağa cəhd, Avroatlantik oriyentasiya və NATO-ya inteqrasiya" olacaq. Beynəlxalq hərbi əməliyyatlarda iştiraka "milli maraqların müdafiəsinin ən əhəmiyyətli komponentlərindən biri" kimi baxılır. Proqramda ABŞ hökuməti Gürcüstanın "əsas müttəfiqi" kimi xatırlanır.

"Gürcüstan öz sülhməramlı siyasəti ilə beynəlxalq birliyin etibarlı və proqnozlaşdırılan tərəfdaşı olacaq", - proqramda deyilir.

Gürcüstanın gələcək hökuməti ölkədə demokratik institutların gücləndirilməsini, xalq diplomatiyasının fəallaşmasını münaqişələrin tammiqyaslı nizamlanmasına yardım üçün şərtlərdən biri hesab edir.

"Mexanizmi ATƏT və ya BMT formatında yaradılmalı olan təhlükəsizliyin zəmanəti üzrə danışıqlara başlamaq lazımdır", - yeni hökumətin proqramında deyilir.

Eyni zamanda, Abxaziya və Cənubi Osetiya hökumətlərinin fəaliyyət prinsiplərini Tbilisidə qüvvədə olan prinsiplərə dəyişdirmək planlaşdırılır.

O cümlədən, söhbət məcburi köçkünlərlə bağlı məsələlərin idarə edilməsinin bu prinsiplərə ötürülməsi və seçkilər yolu ilə məcburi köçkünlərin səlahiyyətli orqanlarının yaradılmasından gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti