...

İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2012 15:31 (UTC +04:00)
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir.
İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı avtomobil yolunun sxematik planını əks etdirən stendə baxdı. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, son on ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur.

Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlətimizin

başçısının Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır. Rayondakı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən qurulmuşdur.

Bildirildi ki, uzun illər təmir işləri aparılmaması nəticəsində bu yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Ümumi uzunluğu 35 kilometr olan və müasir standartlar səviyyəsində qurulan dördüncü kateqoriyalı avtomobil yolunda iki körpü, on boru su keçidi inşa edilmişdir. Beyləqan rayonunun on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan 34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda yolun qalan hissəsində əsaslı təmir işlərinin yekunlaşdırılması işləri davam etdirilir.

Yol ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kənd sakinləri və inşaatçılarla görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti