...

Avropa Parlamentinin nümayəndələri Azərbaycanda məsləhətləşmələr aparacaqlar

Siyasət Materials 30 Oktyabr 2012 11:14 (UTC +04:00)
Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycana səfər edəcək
Avropa Parlamentinin nümayəndələri Azərbaycanda məsləhətləşmələr aparacaqlar

Azərbaycan, Bakı, 30 oktyabr / Trend müxbir M.Əliyev/

Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı Avronest PA-da Azərbaycan nümayəndə heyətindən bildirilib.

Qonaqlar noyabrın 2-də Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı, Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest PA-nın nümayəndə heyəti, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.

Avropa Parlamentinin nümayəndə heyəti səfər çərçivəsində helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Büllur Sarayla tanışlığı gözlənilir.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə həyata keçiriləcək səfərin sonuncu günü qonaqların yerli müxalifət partiyaları - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayla görüşü nəzərdə tutulur. Həmin gün həmçinin ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirovla görüş baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti