...

Sergey Lavrov: Suriyadakı vəziyyətin hərbi yolla həlli yoxdur

Siyasət Materials 31 Oktyabr 2012 20:54 (UTC +04:00)
Suriyada hakimiyyəti devirmək mövzusu ətrafında mülahizələr ölkədə qan tökülməsinin davam etməsinə səbəb ola bilər. Mövcud məsələnin hərbi həlli yolu yoxdur.
Sergey Lavrov: Suriyadakı vəziyyətin hərbi yolla həlli yoxdur

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Suriyada hakimiyyəti devirmək mövzusu ətrafında mülahizələr ölkədə qan tökülməsinin davam etməsinə səbəb ola bilər. Mövcud məsələnin hərbi həlli yolu yoxdur. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransız həmkarı Loran Fabius ilə görüşünün yekununda deyib.

"Suriyada hakimiyyəti kimsə devirəcək və hər şey öz yolunda olacaq" demək xəyalpərəstlikdir. Özünə xoş gəlməyən hökuməti devirmək kim üçün prioritetdirsə, bu, qan tökülməsini xeyli müddət uzadacaq", - Lavrov bəyan edib.

Nazir vurğulayıb ki, Suriya məsələsinin hərbi yolla həlli yoxdur.

"Fransız həmkarımla Suriya məsələsinin hərbi yolla həllinin olmaması fikrində həmrəyik", - Lavrov Parisdə mətbuat konfransında deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti