...

Azərbaycan zabitləri Türkiyədə təlimlərdə iştirak edəcəklər

Siyasət Materials 6 Noyabr 2012 17:29 (UTC +04:00)
Azərbaycandan olan zabitlər və müşahidəçilər Egey dənizinin Türkiyə sektorunda keçiriləcək minatəmizləmə təlimlərində iştirak edəcəklər.
Azərbaycan zabitləri Türkiyədə təlimlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycandan olan zabitlər və müşahidəçilər Egey dənizinin Türkiyə sektorunda keçiriləcək minatəmizləmə təlimlərində iştirak edəcəklər. Bu barədə Trend çərşənbə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

Təlimlər noyabrın 5-15-də BƏƏ, Gürcüstan, Qətər, Koreya, Küveyt, Misir, Səudiyyə Ərəbistanı və Omandan olan hərbçilərin iştirakı ilə baş tutacaq. Həmçinin, təlimlərə Yunanıstan və ABŞ-dan hərbi gəmilər cəlb ediləcək.

Təlimlərin məqsədi minatəmizləmə sahəsində kadrların hazırlanması və planlaşdırmadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti