Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzai ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əfqanıstanlı nazir Azərbaycanın Əfqanıstana göstərdiyi yardım və dəstəyə görə təşəkkür edib və ölkəsində gedən inkişaf prosesindən bəhs edib. Əfqanıstanda İKT sahəsinin inkişafından danışan Sanqin Əmirzai, bu sahədə ölkəmizlə əməkdaşlığın gücləndiriməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Əmirzai onu da bildirib ki, Azərbaycandan olan iş adamlarının ölkəsinə investisiya yatırmalarında maraqlıdırlar.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı səviyyəsindən məmnunluq ifadə edib və Azərbaycanın Əfqanıstana hər zaman yardım göstərməyə hazır olduğunu bildirib. Həmçinin, Məmmədyarov əfqan nazirə regionda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr barədə məlumat verib.