...

Azərbaycanın fövqəladə hallar naziri Norveç səfiri və "Statoil"un ölkə üzrə direktoru ilə görüşüb

Siyasət Materials 16 Noyabr 2012 19:17 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberq və "Statoil" şirkətinin Azərbaycan üzrə direktoru Lars Sörensen ilə görüşüb.
Azərbaycanın fövqəladə hallar naziri Norveç səfiri və "Statoil"un ölkə üzrə direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberq və "Statoil" şirkətinin Azərbaycan üzrə direktoru Lars Sörensen ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı Heydərov nazirlik, onun strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir, həmçinin, fövqəladə halların idarə olunması, xüsusilə də neft dağılmaları sahəsində Norveçin müvafiq qurumları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir, öz növbəsində, Azərbaycanla Norveç arasında aidiyyəti qurumların əməkdaşlığı üçün geniş imkanların mövcud olduğunu bildirib, bu istiqamətdə birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Norveçin aidiyyəti qurumları arasında təcrübə və mütəxəssis mübadiləsi, qarşılıqlı səfərlərin təşkil olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti