...

Fərhad Məmmədov: Ermənistan xarici ianələr hesabına yaşayır

Siyasət Materials 21 Noyabr 2012 12:51 (UTC +04:00)
Ermənistan xarici ianələr hesabına yaşayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.
Fərhad Məmmədov: Ermənistan xarici ianələr hesabına yaşayır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.İsmaylov/

Ermənistan xarici ianələr hesabına yaşayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il Ermənistana 8 milyard, bu il isə 2 milyard dollar vəsait transfer olunub.

"2008-ci ildə dünya iqtisadi böhranından sonra özünə gələ bilməyən Ermənistan buna baxmayaraq, hərbi xərclərini artırmaqdadır", - Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanda hərbi xərclər dövlət büdcəsi xərclərinin 15-16 faizini təşkil edir. Bu da kiçik dövlət üçün həddən artıq böyük göstəricidir.

SAM rəhbəri qeyd edib ki, seçki ərəfəsində cəbhədə təxribatların artığı müşahidə olunur. "Bu, Ermənistanda insanların diqqətini yayındırmağa, Qarabağ "generallarını" vətənpərvər göstərməyə yönəlib", - Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti