Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyədə "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminin harda yerləşdiriləcəyini Silahlı Qüvvələrin komandanlığı müəyyənləşdirəcək. Trend-in cümə axşamı "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, "Patriot" raketlərinin yerləşdirilməsi mümkün təcavüzdən qorunmaq məqsədilə ölkənin Suriya ilə sərhədlərinin müdafiəsinə istiqamətlənib.