...

Azərbaycan QDİƏT-ə qeyri-neft sektorunda layihələr həyata keçirməyi təklif edib

Siyasət Materials 26 Noyabr 2012 19:32 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkunu qəbul edib. Görüşdə QDİƏT ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan QDİƏT-ə qeyri-neft sektorunda layihələr həyata keçirməyi təklif edib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkunu qəbul edib. Görüşdə QDİƏT ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Qarayev QDİƏT ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusilə qeyd edib, 2007-ci ildə QDİƏT-nin Mədəniyyət üzrə işçi qrupunun ilk iclasını xatırladıb, 2009-cu ildən etibarən isə Mədəniyyət və Turizm üzrə işçi qruplarının birləşdirilməsindən sonra təşkilatla əməkdaşlıqda irəliləyişlərin olduğunu Tvirkunun diqqətinə çatdırıb.

QDİƏT-nin baş katibi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirib, ölkə rəhbərliyi tərəfindən humanitar sahədə əməkdaşlıq və bu istiqamətdə qarşıda duran məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib.

Söhbət əsnasında Qarayev təşkilata qeyri-neft sektorunda da layihələr və turizm sahəsində ekspertlər üçün treninqlər həyata keçirməyi təklif edib.

Görüşün sonunda Tvirkun Qarayevə səmimi görüşə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti