...

İlham Əliyev Albaniya Prezidentini təbrik edib

Siyasət Materials 27 Noyabr 2012 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Albaniya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.

"Albaniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Buyar Nişaniyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Albaniya xalqına sülh və rifah arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti