Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Cümə axşamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Trend-in Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçıları ikitərəfli münasibətlərimiz ilə bağlı məsələləri müzakirə etmişlər.