...

Azərbaycanın xarici işlər nazirinin müavini Cenevrədə səfərdədir

Siyasət Materials 4 Dekabr 2012 09:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın ÜTT-yə daxil olması prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 7-dək davam edəcək səfər çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Norveç ilə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqların aparılması, eləcə də ÜTT-yə hazırlıq üzrə İşçi Qrupunun 10-cu iclasının keçirilməsi nəzərdə tutulub.

Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkəmizin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti