Azərbaycan, Bakı, 4 dekabr / Trend A.Tağıyeva /
Azad Suriya Ordusuna (ASO) qarşı döyüşlərdə hökumət qoşunları kimyəvi silahdan istifadə edir. Bunu ASO üzvləri bəyan edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Timeturk" qəzeti xəbər verir.
Müxalifətin bildirdiyinə görə, ötən ay Suriyanın hökumət qoşunları Dar əz-Zour şəhərində kimyəvi silahdan istifadə ediblər.