...

Elmar Məmmədyarov britaniyalı həmkarı ilə görüşüb

Siyasət Materials 5 Dekabr 2012 19:02 (UTC +04:00)
Brüssel şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin XİN rəhbərlərinin görüşündə iştirak edib.
Elmar Məmmədyarov britaniyalı həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Brüssel şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin XİN rəhbərlərinin görüşündə iştirak edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə əsas müzakirə olunan məsələlər sırasına ISAF əməliyyatının hazırkı durumu və 2014-cü ildən sonrakı dövrdə Əfqanıstan qüvvələrinin maliyyə təminatı daxil olub.

Tədbirdə iştirakı çərçivəsində Məmmədyarov Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, BMT TŞ çərçivəsində həyata keçirilən ikitərəfli əməkdaşlıqdan mənunluq ifadə olunub və Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Heyq Azərbaycanla NATO arasında tərəfdaşlığı yüksək qiymətləndirib və Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatına dəstəyinə görə təşəkkür edib.

Görüşdə, həmçinin Azərbaycan-Aİ arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti