...

Almaniya Türkiyəyə iki "Patriot" batareyası verəcək

Siyasət Materials 6 Dekabr 2012 12:44 (UTC +04:00)
Almaniya Türkiyəyə Suriya ilə həmsərhəd rayonlarda yerləşdirmək üçün "Patriot" zenit-raket kompleksinin iki batareyasının verilməsinə razılıq verib.
Almaniya Türkiyəyə iki "Patriot" batareyası verəcək

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Tağıyeva/

Almaniya Türkiyəyə Suriya ilə həmsərhəd rayonlarda yerləşdirmək üçün "Patriot" zenit-raket kompleksinin iki batareyasının verilməsinə razılıq verib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Habelə Almaniya Türkiyəyə "Patriot" sisteminin quraşdırılması və istifadəsinə nəzarət etmək üçün 400 hərbi qulluqçu da göndərir.

Xatırladaq ki, noyabrın ikinci yarısında Türkiyə Suriya tərəfdən mümkün hava hücumundan müdafiə üçün "Patriot" sistemlərinin verilməsi haqqında NATO-ya müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti