...

Niderland Türkiyəyə iki "Patriot" batereyası verəcək

Siyasət Materials 7 Dekabr 2012 19:22 (UTC +04:00)
Bu gün Niderland hökuməti Suriya ilə sərhədləri qorumaq üçün Türkiyəyə "Patriot" zenit-raket kompleksinin iki batareyasını verməyə razı olub.
Niderland Türkiyəyə iki "Patriot" batereyası verəcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Bu gün Niderland hökuməti Suriya ilə sərhədləri qorumaq üçün Türkiyəyə "Patriot" zenit-raket kompleksinin iki batareyasını verməyə razı olub. Trend-in məlumatına görə, bu barədə cümə günü RİA Novosti Niderlandın xarici işlər naziri Frans Timmermansın bəyanatına istinadən xəbər verir.

Məlumata görə, Türkiyədə "Patriot" zenit-raket kompleksinin iki batareyasına qulluq etmək üçün 360-dək mütəxəssis göndəriləcək.

Qeyd edək ki, Türkiyə noyabrın sonunda sərhədlərində "Patriot" komplekslərini yerləşdirmək məqsədilə NATO-nun üzvü kimi hüququndan istifadə edərək alyansın iştirakçılarından adıçəkilən raketləri istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti