...

Azərbaycan Xəzərin neftlə çirklənməsi ilə mübarizə üzrə protokolu ratifikasiya edəcək

Siyasət Materials 8 Dekabr 2012 09:49 (UTC +04:00)
Azərbaycan "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının "Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında" Protokolu ratifikasiya edəcək.
Azərbaycan Xəzərin neftlə çirklənməsi ilə mübarizə üzrə protokolu ratifikasiya edəcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının "Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında" Protokolu ratifikasiya edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı qanun layihəsi parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, 2011-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış bu protokolun məqsədi Xəzər dənizini, eləcə də torpağı neftlə çirklənmədən qorumaqdır.

Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov iclasda bildirib ki, sənəddə çirklənmə təhlükələrinə hazırlıq, cavab tədbirləri və bu sahədə birgə əməkdaşlıq üçün regional tədbirlər öz əksini tapıb.

Bu protokolu bütün Xəzəryanı ölkələr imzalayıb. Bu sənədə əsasən, razılığa gələn tərəflər neftlə çirklənmə hallarına qarşı bütün lazımi işləri həyata keçirəcəklər. Qeyd edilib ki, protokolun həyata keçirilməsi məqsədilə bu problemlə mübarizədə regional əməkdaşlıq üzrə plan hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti