...

ABŞ Türkiyəyə iki "Patriot" batareyası vermək niyyətindədir

Siyasət Materials 8 Dekabr 2012 11:06 (UTC +04:00)
ABŞ Suriya ilə sərhəd ərazilərdə yerləşdirmək üçün Türkiyəyə "Patriot" zenit-raket kompleksinin iki batareyasını vermək niyyətindədir.
ABŞ Türkiyəyə iki "Patriot" batareyası vermək niyyətindədir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir A.Tağıyeva/

ABŞ Suriya ilə sərhəd ərazilərdə yerləşdirmək üçün Türkiyəyə "Patriot" zenit-raket kompleksinin iki batareyasını vermək niyyətindədir. Bu barədə Trend şənbə günü "Sabah" onlayn qəzetinə istinadən məlumat verir.

Bununla da Türkiyə NATO-dan altı "Patriot" batareyası alacaq.

Buna qədər Almaniya və Niderland hər biri Türkiyəyə iki "Patriot" batareyası vermək barədə bəyanat yayıb.

Məlumata görə, altı sistemdən üçü Adana, Malatya və Diyarbəkir əyalətlərində quraşdırılacaq. Qalan üç batareyanın yerləşdirilməsinə dair yekun qərarı Türkiyə Silahlı Qüvvələri verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti