...

Niderland Azərbaycanla dialoqa dəstək verilməsinə çalışır

Siyasət Materials 10 Dekabr 2012 14:12 (UTC +04:00)
Başa çatan 2012-ci il Niderlan-Azərbaycan münasibətlərində yaxşı il olub. Bu barədə bazar ertəsi Trend-ə Niderlandın Azərbaycandakı səfiri Aryen Peter Uyterlinde deyib.
Niderland Azərbaycanla dialoqa dəstək verilməsinə çalışır

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbirlər E.Mehdiyev, E. Tariverdiyeva/

Başa çatan 2012-ci il Niderlan-Azərbaycan münasibətlərində yaxşı il olub. Bu barədə bazar ertəsi Trend-ə Niderlandın Azərbaycandakı səfiri Aryen Peter Uyterlinde deyib.

"Cari ildə hər iki ölkə nazirlərinin qarşılıqlı səfərləri baş tutub. Niderland Baş nazirinin müavini sentyabrda Azərbaycana səfər edib və bu səfər ölkələr arasında dialoqa yardım edərək əməkdaşlıq üçün yaxşı ab-hava yaradıb", - Uyterlinde qeyd edib.

Səfirin sözlərinə görə, Baş nazir müavinin səfəri ikitərəfli investisiyalar məsələi üzrə razılığın əldə edilməsinə səbəb olub, bununla əlaqədar saziş yaxın vaxtlarda imzalana bilər.

"Bu çox müsbət dəyişikliklərdir. Biz kənd təsərrüfatı, su resurslarının idarə edilməsi və tibb sahələrində iqtisadiyyatın şaxələndirilməsi prosesinə yardım etmək üçün Azərbaycanda Niderland şirkətlərinin bir sıra konkret layihələr imzalanmasının şahidi olduq" , - Uyterlinde deyib.

Səfirin fikrincə, ölkələr arasında əməkdaşlığın prioritetləri xüsusilə kənd təsərrüfatı, logistika, su və enerji resurslarının idarə edilməsi sahələri ola bilər.

"Mən enerji sahəsi barədə danışarkən təkcə neft və qazı deyil, daha geniş mənanı nəzərdə tuturam. Bu, enerjisəmərəliliyi və alternativ enerjinin bütün spektrləri, Azərbaycan ilə bölüşə biləcəyimiz təcrübəmizin olduğu sahələrdir. Bu, əməkdaşlığı fəallaşdırmaq və mövcud əməkdaşlığın gələcəkdə dərinləşdirilməsi və genişləndirilməsinə dair nəticələr əldə etmək istədiyimiz sahələrdir", - Uyterlinde vurğulayıb.

Niderlandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə toxunan diplomat bildirib ki, ölkəsinin mövqeyi Avropa İttifaqının münaqişənin nizamlanması üzrə mövqeyi ilə üst-üstə düşür.

"Biz təəssüf edirik ki, münaqişə hələ davam etməklə regionun inkişafına mənfi təsir edir. ATƏT-in Minsk qrupunun vasitəçi qismində danışıqlar prosesinə yeni təkan verə biləcəyinə çox ümid edirik. Hesab edirik ki, hər iki tərəf üçün məqbul olan sülh nizamlanma yoludur", - səfir qeyd edib.

Uyterlinde, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Niderland-Azərbaycan əməkdaşlığına toxunub və bildirib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində birgə işləyir.

Səfirin sözlərinə görə, Niderland regionda Azərbaycanın liderlik faktını və ölkənin BMT TŞ-nin üzvü kimi mühüm rolunu tanıyır.

"Biz bu məsələlər üzrə Azərbaycanla dialoqa dəstək verilməsini istəyirik. Bundan başqa, Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda vacib rolunu dərk edirik. Ölkələrimiz NATO və ISAF çərçivəsində Əfqanıstanda birgə işləyir", - Uyterlinde vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti