...

ABŞ Azərbaycanla insan haqları və söz azadlığı sahələri üzrə əməkdaşlıqda maraqlıdır (FOTO)

Siyasət Materials 10 Dekabr 2012 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibətilə qonaqları təbrik edib və demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs edib. Nazir, eyni zamanda, Azərbaycanda internet azadlığının da yüksək səviyyədə təmin olunduğunu qeyd edib.

Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Elmar Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti