Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Meksikada yaşayan Azərbaycan və türk icmalarının üzvlərinin iştirakı ilə keçirilmiş tədbir zamanı ümummilli lider Heydər Əliyevin Mexiko şəhərində ucalan abidəsi önündə əklil və güllər qoyulub, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anma mərasimi zamanı səfirlikdə ehsan süfrəsi açılıb.