...

NATO Müdafiə Kolleci ali kursunun nümayəndələrinin Azərbaycana akademik ziyarəti keçirilir

Siyasət Materials 17 Dekabr 2012 17:37 (UTC +04:00)
NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir.
NATO Müdafiə Kolleci ali kursunun nümayəndələrinin Azərbaycana akademik ziyarəti keçirilir

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyasında qonaq dinləyicilər qarşısında ölkəmizin müdafiə, iqtisadiyyat, xarici siyasət və digər sahələr üzrə aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri çıxışlar ediblər.

NATO Müdafiə Kollecinin dinləyiciləri akademik səfər çərçivəsində "Səngəçal terminalı" ilə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti