Təfərratlar əlavə olunub (ilk xəbər 16:43-də çıxıb)
Azərbaycan, Bakı, 18 dekabr/Trend, müxbir A. Tağıyeva/
İraq Prezidenti Aparatı ölkənin 79 yaşlı dövlət başçısı Cəlal Tələbaninin vəfat etməsini təsdiqləmir. Bu barədə Trend çərşənbə axşamı İraqın "Bağdad" telekanalına istinadən məlumat verir.
Daha əvvəl bəzi ərəb KİV-ləri Tələbaninin insultdan vəfat etməsi barədə məlumat yaymışdılar.
Prezident dünən axşam hospitala yerləşdirilib və bundan sonra komaya düşüb.
Xatırladaq ki, Cəlal Tələbani 2010-cu ilin noyabrında İraqın Prezidenti seçilmişdi.