...

Ehud Olmert: Ərdoğandan üzr istəyərdim

Siyasət Materials 26 Dekabr 2012 12:35 (UTC +04:00)
Əgər baş nazir olsaydım, mülki şəxslərin həlak olmasına görə Türkiyənin Baş naziri Ərdoğandan və türk xalqından üzr istəyərdim.
Ehud Olmert: Ərdoğandan üzr istəyərdim

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir X.Murtuzayeva /

Əgər baş nazir olsaydım, mülki şəxslərin həlak olmasına görə Türkiyənin Baş naziri Ərdoğandan və türk xalqından üzr istəyərdim. Belə bir bəyanatla İsrailin keçmiş Baş naziri Ehud Olmert çıxış edib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Olmert Təl-Əvivdə təşkil edilən vəkillər konfransındakı çıxışında "Mavi Mərmərə" gəmisinə basqına da toxunub.

"Əgər baş nazir olsaydım, mülki şəxslərin həyatlarını itirdiyi üçün Türkiyənin Baş naziri Ərdoğandan, Türkiyə xalqından üzr istəyərdim və hadisədən iki gün sonra Türkiyə hökuməti ilə əlaqə yaratmaq üçün danışıqlara başlayardım", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti