...

Azərbaycanın hakim partiyası: Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq

Siyasət Materials 9 Yanvar 2013 15:25 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Azərbaycanın hakim partiyası: Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz seçimi olacaq. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, bu gün Azərbaycan dinamik iqtisadi inkişaf tempinə malikdir, ölkəmiz beynəlxalq münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji tərəfdaş, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi, tolerant dövlət kimi tanınır.

YAP icra katibinin müavini vurğulayıb ki, Prezident İlham Əliyev beynəlxalq miqyasda nüfuzlu lider kimi qəbul edilir. Azərbaycan cəmiyyətində də dövlətimizin başçısına yüksək inam var.

"Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlarını davam etdirəcək. Əminik ki, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının və fəallarının vasitəsilə, həmçinin Prezident İlham Əliyevin siyasətini müdafiə edən çoxminli partiyamızın üzvü olmayan vətəndaşlarla birlikdə uğurlu seçki kampaniyası həyata keçirə biləcəyik. Ümidvarıq ki, Yeni Azərbaycan Partiyası kampaniya çərçivəsində Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunu təbliğ etməklə seçkilərdə möhtəşəm qələbə qazanacaq", - Qurbanlı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilmiş dinamik inkişaf təkcə cəmiyyətimiz deyil, eyni zamanda, beynəlxalq ekspertlər, reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilir.

"Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev cari ildə keçiriləcək prezident seçkilərində xalqımızın yüksək səviyyəli dəstəyi ilə qələbə qazanacaq", - Qurbanlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti