...

Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı başlanmış cinayət işi məsələsinə aydınlıq gətirib

Siyasət Materials 16 Yanvar 2013 21:02 (UTC +04:00)
Vergilər Nazirliyi bildirir ki, Nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılmışdır.
Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı başlanmış cinayət işi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Vergilər Nazirliyi bildirir ki, Nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılmışdır.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

İbtidai istintaq zamanı Departamentin İstintaq idarəsində toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI "Şərq-Qərb" Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxlərə verilmişdir. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunmuşdur ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanmışdır.

Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyeva Lalə Kamil qızına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti