...

Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının iclası keçiriləcək

Siyasət Materials 18 Yanvar 2013 17:29 (UTC +04:00)
Yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçiriləcək. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçiriləcək. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan nümayəndələrinin iştirakı gözlənilir.

İclasda Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə Jandarmeriyasının baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev və Monqolustandan müvafiq qurumun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı gözlənilir.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Assosiasiyanın Bakıda keçiriləcək toplantısında Qazaxıstan Daxili Qoşunlarının komandanı, general-mayor Ruslan Jaksılıkovun iştirakı gözlənilsə də, Qazaxıstan tərəfi iclasa bir neçə gün qalmış Assosiasiyanın işində iştirak etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti