...

“Patriot” kompleksinin hissələri olan gəmi Türkiyə limanına daxil olub

Siyasət Materials 21 Yanvar 2013 10:28 (UTC +04:00)
"Patriot" zenit-raket kompleksinin (ZRK) hissələrini daşıyan gəmi Türkiyənin İsgəndərun limanına daxil olub.
“Patriot” kompleksinin hissələri olan gəmi Türkiyə limanına daxil olub

Azərbaycan, Bakı, 21 yanvar / Trend, ümxbir A.Tağıyeva/

"Patriot" zenit-raket kompleksinin (ZRK) hissələrini daşıyan gəmi Türkiyənin İsgəndərun limanına daxil olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Anadolu agentliyi xəbər verib.

Gəminin Niderlandan gəldiyi bildirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, NATO missiyası çərçivəsində Türkiyə RHM-in Suriya tərəfdən gözlənilən raket təhlükəsinə qarşı möhkəmləndirilməsi üçün "Patriot" ZRK hissələrinin, avadanlıqların, 400 ABŞ hərbiçisinin Türkiyəyə gətirilməsinin yanvarın sonlarında başa çatacağı gözlənilir.

Qeyd edək ki, noyabrın ikinci yarısında Türkiyə Suriya tərəfdən mümkün hava hücumundan müdafiə üçün "Patriot" sistemlərinin verilməsi haqqında NATO-ya müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti