Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.

Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir. Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.

Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.

Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.

Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.

Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

Dövlət başçısı müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib
Poltavadakı diaspor fəalları Qələbədən qürurlandıqlarını bildiriblər (FOTO)
Etirazçılar Fransa səfirliyi qarşısında bəyanat səsləndirib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri uşaq evlərinə başçəkmələr həyata keçirib (FOTO)
Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur (VİDEO)
Fransa bu cür qərəzli münasibətlə Minsk Qrupunda fəaliyyət göstərə bilməz - Deputat
Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir (ÖZƏL)
Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib
Azərbaycan nefti bahalaşıb
Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
Qarabağ və ətraf rayonların elektrik enerjisi ilə təchizatı yaxşılaşır
Torpaqlarımızın işğaldan azad edilməsində iştirak edə bilməsəm də, bərpasında iştirak etmək istərdim - Usta ilə söhbət
Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb
Kəlbəcərin səhiyyə statistikası açıqlanıb
Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
Böyük Qələbənin sonsuz sevinci
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb
Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva
İllərlə həsrətində olduğumuz arzular sürətlə gerçəkləşir...- Kamaləddin Qafarov
Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert
Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini gücləndirib (FOTO)
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul
Bakı sakini küçədə qətlə yetirildi
Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələrinə görə pasient qəbulunu dayandırdı
Milli Məclisin gündəliyinə dəyişiklik edilib (ƏLAVƏ OLUNUB)
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət
Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü – Politoloq
Noyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb
Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Bakıda fərdi ev yanıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Polşa "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcək - Səfir
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır
Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
Bütün xəbərlər