Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir T.Cəfərov/
Bakıda Azərbaycan ilə İran arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr aparılacaq. Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda ISNA xəbər agentliyinə müsahibəsində deyib.
Pakayin bildirib ki, məsləhətləşmələr fevral ayının ikinci ongünlüyündə aparılacaq.
Səfirin sözlərinə görə, bu məqsədlə İran xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi Azərbaycana səfər edəcək.
Məsləhətləşmələrdə iki ölkənin vətəndaşları, məhbusların mübadiləsi, tələbələrin problemləri və b. məsələlərə baxılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ilə İran arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr sonuncu dəfə 2010-cu ildə keçirilib.