...

Türkiyədə "Patriot" ZRK-nın quraşdırılması başa çatıb

Siyasət Materials 29 Yanvar 2013 17:02 (UTC +04:00)
Türkiyənin Kahramanmaraş əyalətində "Patriot" zenit-raket kompleksi (ZRK) tam quraşdırılıb.
Türkiyədə "Patriot" ZRK-nın quraşdırılması başa çatıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Kahramanmaraş əyalətində "Patriot" zenit-raket kompleksi (ZRK) tam quraşdırılıb. Bu barədə Trend çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, ZRK-nın sınaqdan keçirilməsi işləri başa çatıb.

Qeyd edək ki, Türkiyə ötən ilin noyabrında Suriya ilə sərhəddə yerləşdirmək üçün NATO-dan "Patriot" kompleksini sifariş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti