...

Siyavuş Novruzov: Ermənistan yazıçısı Əkrəm Əylislinin əsəri kimi bir şey yazsaydı, onu meydanda odlayardılar

Siyasət Materials 30 Yanvar 2013 13:01
Şübhə edirəm ki, hər hansı azərbaycanlı bu cür əsər yaza bilər. Yəni onu diqqətlə axtarmaq lazımdır ki, orada nəsə qarışıq məsələlər var.
Siyavuş Novruzov: Ermənistan yazıçısı Əkrəm Əylislinin əsəri kimi bir şey yazsaydı, onu meydanda odlayardılar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Şübhə edirəm ki, hər hansı azərbaycanlı bu cür əsər yaza bilər. Yəni onu diqqətlə axtarmaq lazımdır ki, orada nəsə qarışıq məsələlər var. Çünki əsl azərbaycanlı, əsl türk öz millətini belə alçaldıb, işgəncə siyasəti ilə məşğul olan başqa bir milləti belə yuxarı qaldırmaz. Bunu çərşənbə günü Trend-ə Azərbaycan yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" ("Каменные сны") əsərini şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Əsrlər boyu azərbaycanlılara işgəncələr verən, azərbaycanlıların ərazilərinə iddialar edib, Xocalı kimi böyük bir soyqırımı törədənləri, uşaqları, qadınları, qocaları güllələyən, yandıran, öldürən, olmazın işgəncələrini verən, Ermənistanda, Qərbi Azərbaycanda yaşayan 200 minlik həmvətənlərimizi oradan ayaqyalın, başı açıq didərgin salan bir topluma, mən onlara heç xalqda deyə bilmirəm, Azərbaycan yazıçısının belə bir məhəbbəti olması məni dəhşətə gətirir. Yəni insan nə qədər öz xalqına, millətinə qarşı olmalıdır ki, belə əməllərin sahibi olsun", - Novruzov deyib.

O, qeyd edib ki, Orxan Pamuk Türkiyədə Nobel mükafatı almaq üçün "erməni soyqırımı" ilə bağlı əsər yazmışdı.

"Əkrəm Əylisi onu da keçib və hətta ermənilər bunu bu cür deyir. Çünki onun yazdıqların istənilən bir ölkədə götürüb fakt etməklə Dağlıq Qarabağ münaqişəsinə ictimai təsirin çox böyük formada Ermənistan tərəfinə çöndərilməsinə xidmət edə bilən bir əməldir. Mən hesab edirəm ki, erməni xalqı buna kifayət qədər mükafat verməlidir ki, sərbəst şəkildə gedib aldığı mükafatı xərcləsin. Çünki onun ermənilərə göstərdiyi xidməti nə Balayan, nə digərləri göstərib. Bu kitabın xırda detalları hələ bu gün qəzetlərdə çap olunub, onu geniş formada oxucular oxuduqda görəcəklər ki, nələr baş verir. Əgər Ermənistanda yazıçı belə bir şey yazsaydı, onu meydanda od vurub odlayardılar və ümumiyyətlə onun nəslin birdəfəlik kəsərdilər", - Novruzov bildirib.

O deyib ki, Əkrəm Əylisli niyə indiyə qədər Azərbaycan xalqına qarşı törədilən bu cinayətlərdən bir sətir yazmayıb, bir məqalə, bir heykayə çıxarmayıb, ancaq yazdığı əsərlər yazıçılara, şairlərə, hansısa insanlara "ilişib" və erməniləri tərifləyib.

"Əkrəm Əylislinin ən böyük arzusu Ermənistanda səfir işləmək idi. Bu, bir daha onu göstərir ki, bu cür insanlar aramızda var və biz dəfələrlə demişdik, ay ziyalılar təşkilatı, ziyalılar cəmiyyəti, bax budur ora yığışan ziyalılar. Azərbaycan xalqının maraqlarını hər addım başı istənilən düşmənə satmağa hazırdılar və onlara qulluq etməyə, qul olmağa hazırdırlar", - YAP rəsmisi qeyd edib.

Novruzov akademik Ziya Bünyadovun illər öncə Əkrəm Əylislinin doğulduğu kənd haqqında yazdığını da xatırlatdı.

"Azərbaycanlı bunu yaza bilməz. Mənim yadıma gəlir akademik Ziya Bünyadov vaxtilə Əkrəm Əylislinin doğulduğu kənd, orada yaşayan ermənilər və s. haqqında yazmışdı və ümumilikdə bunu tarixi faktlarla əsaslandırırdı. Təqribən 10-15 il bundan qabaq mətbuatda geniş sayda bu yazılar getdi. Və indi görünür ki, fakrlar öz təsdiqini tapır", - o, deyib.

YAP rəsmisi bildirib ki, o vaxt Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb, bu şeir bu gün Əkrəm Əylislinin hərəkəti ilə üst-üstə düşür:

Kiminiz proffesor, kiminiz yazarsiniz
Türk ekmegini yersiniz, yedikce azarsiniz
Arkasından her türlü kuyuyu kazarsiniz
Yeter artik birakin bu milletin pesini
Sizin gibi aydinin yediden yetmisini

Novruzov deyib ki, bu şer, bu gün həmin Ziyalılar Forumunda toplaşan bu düşüncə tərzinə malik olan insanlara aiddir.

Qeyd edək ki, yazıçı Əkrəm Əylislinin "Каменные сны" ("Daş yuxular") romanı Rusiyanın "Drujba narodov" jurnalında dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti