...

NATO Patriotları Türkiyədə

Siyasət Materials 31 Yanvar 2013 08:40 (UTC +04:00)
Patriot raket sistemini daşıyan gəmi Türkiyənin İsgəndərun limanına catıb.
NATO Patriotları Türkiyədə

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Qəzvini/

Patriot raket sistemini daşıyan gəmi Türkiyənin İsgəndərun limanına catıb. Trend-in Anadolu-ya istinadən məlumatına görə, Alliance Charleston hərbi yük gəmisində zenit raket kompleksi ilə dolu 70 hərbi maşin mövcüddur.

Amerikanın Baltimor şəhərindən gətirilən sistemin maşın karvanı bu gün Qaziantep şəhərinə daşınacaq. Türkiyə Silahlı Qüvvələri baş Qərargahından bildirilib ki, raket kompleksi fevral ayının əvvəlindən hərbi hazırlıq vəziyyətinə gətilirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti