...

Milli Məclisin yaz sessiyasının ilk iclasında sosial ipoteka haqqında qanunun qəbulu müzakirə edilib

Siyasət Materials 1 Fevral 2013 12:20 (UTC +04:00)
Azərbaycan Milli Məclisi bu gün yaz sessiyasının ilk plenar iclasına başlayıb.
Milli Məclisin yaz sessiyasının ilk iclasında sosial ipoteka haqqında qanunun qəbulu müzakirə edilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi bu gün yaz sessiyasının ilk plenar iclasına başlayıb.

Trend-in məlumatına görə, sessiyanın açılışında Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış edən spiker Oqtay Əsədov AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmaması barədə danışıb və bunun Azərbaycan dövlətinin və xalqının qələbəsi olduğunu bildirib.

Daha sonra Əsədov yaz sessiyasının iş planından danışıb. Spiker sessiya çərçivəsində bir sıra qanunların müzakirəsi ilə yanaşı, hökumətin hesabatının, 2012-ci il büdcəsinin icra vəziyyətinin müzakirəsi, Hesablama Palatasının, Ombudsmanın və bələdiyyələrlə bağlı illik hesabatın dinləniləcəyini deyib.

Qeyd edək ki, bugünkü iclasın gündəliyində 12 məsələ var.

İclasda "Sosial ipoteka haqqında" qanunun qəbulunun tezləşdirilməsi tələb olunub. Bu barədə çıxış edən deputat Fuad Muradov bildirib ki, artıq bununla bağlı müzakirələr kifayət qədər aparılıb və qəbul üçün vaxt itirmək olmaz.

O qeyd edib ki, qanunun qəbulunu tezləşdirmək lazımdır və cəmiyyətdə buna ehtiyac var.

Muradov Azərbaycanda gənclərlə bağlı xeyli işlər aparıldığını qeyd edərək, bu qanunun da gənclər siyasətinə töhfə verəcəyini vurğulayıb. Qeyd edək ki, qanunda gənclərə kifayət qədər güzəştli ipotekalar nəzərdə tutulub. Qanun əvvəldən nəzərdə tutulsa da, bu il Milli Məclisin iş planına salınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti