...

Türkiyə "Patriot" raketlərinə ildə 8.5 milyon dollar xərcləyəcək

Siyasət Materials 24 Fevral 2013 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Suriya raketlərindən qorunmaq məqsədilə NATO-dan sifariş etdiyi "Patriot" zenit-raket kompleksi Türkiyəyə 15 milyon türл lirəsinə (8.5 milyon AB dolları) başa gələcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.

"Patriot" bizə 15 milyon lirəyə başa gəldi. Lakin bir nəfərin həyatı çəkilən xərclərdən daha vacibdir. Akçakalada Suriya raketlərinin atılması nəticəsində 5 vətəndaşımız həyatını itirib. Hətta, bir raket milyona başa gəlsə də, biz bu müdafiə tədbirlərini görürük" - deyə nazir əlavə edib.

O, xatırladıb ki, 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə ilk dəfədir ki, alyansa bu məsələ ilə bağlı müraciət edib.

Qeyd edək ki, Türkiyə ötən ilin noyabr ayında Suriya tərəfindən ola biləcək hər hansı hücumdan müdafiə olunmaq üçün "Patriot" zenit-raket kompleksinin alınması üçün NATO-ya müraciət edib. NATO Şurası isə müsbət qərar verib. Türkiyəyə "Patriot" zenit-raket kompleksinin verilməsinə isə - hərəsinə 2 raket kompleksi olmaqla, ABŞ, Niderland və Almaniya razılıq veriblər. Niderlanddan daxil olan raketlər Adana, alman raketləri Kahramanmaraşda və ABŞ-ın kompleksləri Qaziantep şəhərlərində quraşdırılıb.

Nazirin sözlərinə görə, Adana və Kahramanmaraşda raketlərin yerləşdirilməsini Almaniyanın və Niderlandın müdafiə nazirlərilə müzakirə ediblər.

"Mənim hollandiyalı həmkarım soruşdu ki, bu, sizə neçəyə başa gələcək. Mən də cavab verdim ki, ilə 15 milyon lirəyə. Eyni sualla mən ona müraciət edəndə o cavab verdi ki, 40 milyard avroya. Almaniyalı nazir isə təhlükəsizliyin qiymətsiz olduğunu söylədi. Və bu, çox düzgün cavabdır" - deyə Yılmaz bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti