Azərbaycan, Bakı, 1 mart /Trend/
Prezident İlham Əliyev Əlövsət Baxışovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Əlövsət Məmmədşah oğlu Baxışov "Şöhrət" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Baxışov Respublika Veterenlar Şurasının sədri vəzifəsində çalışır.