...

Aİ heyvanlar üzərində kosmetik məhsulların sınaqdan keçirilməsinə qadağa qoyub

Siyasət Materials 11 Mart 2013 18:22 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) heyvanlar üzərində kosmetik məhsulların və komponentlərinin sınaqdan keçirilməsinə tam qadağa qoyub. Bu barədə Trend bazar ertəsi İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Aİ heyvanlar üzərində kosmetik məhsulların sınaqdan keçirilməsinə qadağa qoyub

Azərbaycan, Bakı, 11 mart /Trend/

Avropa İttifaqı (Aİ) heyvanlar üzərində kosmetik məhsulların və komponentlərinin sınaqdan keçirilməsinə tam qadağa qoyub. Bu barədə Trend bazar ertəsi İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Kosmetika şirkətləri bundan sonra məhsullarının təhlükəsizliyini alternativ yollarla sübuta yetirməlidirlər", - Avropa komissarının səhiyyə üzrə rəsmi nümayəndəsi Frederik Vansan deyib.

Bununla belə, o etiraf edib ki, bu məsələdə alternativ metodlar hələlik mövcud deyil. Qərar hazırda bazarda olan kosmetik məhsulların təhlükəsizliyinin təsdiq edilməsinə ehtiyac yaratmır.

Vansan əlavə edib ki, qərar yalnız kosmetika sahəsinə şamil edilir və tibb sahəsinə aid deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti