...

Böyük Britaniya hökuməti insan hüquqlarını və söz azadlığını həmişə dəstəkləyir

Siyasət Materials 14 Mart 2013 17:44 (UTC +04:00)
Böyük Britaniya hökuməti insan hüquqlarını və söz azadlığını həmişə dəstəkləyir. Azərbaycan və Britaniya arasında ortaq maraqlar var, bizim əməkdaşlığımız uğurla davam edir və bu əməkdaşlıq səviyyəsi bizə bu cür məsələləri müzakirə etməyə imkan verir.
Böyük Britaniya hökuməti insan hüquqlarını və söz azadlığını həmişə dəstəkləyir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/

Böyük Britaniya hökuməti insan hüquqlarını və söz azadlığını həmişə dəstəkləyir. Azərbaycan və Britaniya arasında ortaq maraqlar var, bizim əməkdaşlığımız uğurla davam edir və bu əməkdaşlıq səviyyəsi bizə bu cür məsələləri müzakirə etməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti şərh edən Britaniya xarici işlər nazirinin müavini Saymon Freyzer deyib.

Bakıda keçirilən son aksiyadan xəbərdar olduğunu deyən Freyzer əlavə edib ki, insan haqları ilə bağlı məsələni ölkə rəhbərliyi ilə görüşlərdə müzakirə edib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan ilə münasibətlərdə yeganə müzakirə mövzusu deyil.

"Bakıda görüşlər zamanı bu il keçiriləcək seçkilər barədə danışmaq imkanı olub. Britaniya hökuməti hesab edir ki, seçkilər şəffaf keçirilməli, söz azadlığı təmin edilməli, insanlar özlərinin dinc etiraz hüququndan istifadə etməlidirlər. Bu, bütün ölkələrdə vacib məsələdir", - Freyzer deyib.

Enerji əməkdaşlığına toxunan nazir müavini deyib ki, BP Azərbaycanda ən böyük xarici investordur və şirkətlə bağlı məsələni Azərbaycan Prezidenti ilə müzakirə edib.

O, əmin olduğunu bildirib ki, BP ölkədə strateji mövcudluğuna ciddi yanaşan bir qurumdur. Bu həm də Azərbaycan hökumətinin niyyətinə uyğundur.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Frezyer Azərbaycan Diplomatik Akademiyasında "Yüksək diplomatik xidmət" mövzusunda mühazirə deyib.

Trend-in məlumatına görə, Freyzer mühazirə zamanı Böyük Britaniyanın xarici siyasəti, təşkilatçılğı və proritetləri haqqında, o cümlədən Britaniyanın diplomatik təcrübəsi barədə danışıb.

O qeyd edib ki, bütün ölkələrin xarici siyasətində bəlli hədəflər olur və bu baxımdan da Böyük Britaniyanın xarici siyasətinin əsas məqsədi qarşıya qoyulmuş hədəflərə nail olmaqdır.

Daha sonra Saymon Frezyer tələbələrin müxtəlif suallarını cablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti