...

Türkmənistan və Azərbaycan birgə layihələrin müzakirəsində maraqlıdır

Siyasət Materials 21 Mart 2013 07:51 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevi qəbul edib. Bu barədə Trend Türkmənistan televiziyasına istinadən məlumat verir.
Türkmənistan və Azərbaycan birgə layihələrin müzakirəsində maraqlıdır

Türkmənistan, Aşqabad, 21 mart /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevi qəbul edib. Bu barədə Trend Türkmənistan televiziyasına istinadən məlumat verir.

Əfəndiyev Aşqabada rəhbərlik etdiyi nümayəndə heyəti ilə martın 21-də Türkmənistanın paytaxtında qeyd edilən beynəlxalq Novruz bayramı münasibətilə tədbirlərdə iştirak etmək üçün gəlib.

"Müntəzəm aparılan məsləhətləşmələr, Türkmənistan və Azərbaycan arasında keçirilən işgüzar görüşlər əmtəə dövriyyəsinin artmasına və yeni birgə layihələrin müzakirəsinə birbaşa imkan yaradır", - görüşdə bildirilib.

Tərəflər əvvəlcədən eyni hüquqlu, hörmət və qarşılıqlı fəaliyyət üzərində qurulmuş ənənəvi əməkdaşlığın daha da məhsuldar olması üçün iki ölkənin səyləri haqqında danışıblar.

İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması tərəflərin atdığı addımları sübuta yetirir.

Həmsöhbətlər həmçinin daha əvvəl nail olunmuş ikitərəfli razılıqların reallaşdırılmasının gedişatını müzakirə ediblər, dövlətlərarası əməkdaşlığın bəzi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

"Türkmənistan xalqı həmişə ən yaxın qonşuları ilə münasibətləri qiymətləndirib. Əməkdaşlığın müsbət xarakteri bir çox məsələlərdə bu gün regionda əlverişli siyasi-iqtisadi mühiti müəyyən edir", - Berdiməhəmmədov bildirib.

İki Xəzəryanı ölkə Avropaya Xəzər regionundan enerji daşıyıcılarının nəqli üzrə alternativ marşrutlardan istifadədə maraqlıdır. Ən vacib layilərdən biri Türkmənistadan Azərbaycana gedən Trans-Xəzər qaz kəməri layihəsi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti