...

Batumidə Azərbaycan,Gürcüstan,Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb

Siyasət Materials 28 Mart 2013 12:18 (UTC +04:00)
Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov,Əhməd Davudoğlu və Mayya Pancikidzenin iştirakı ilə ikinci üçtərəfli görüşü başlayıb.
Batumidə Azərbaycan,Gürcüstan,Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/

Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov,Əhməd Davudoğlu və Mayya Pancikidzenin iştirakı ilə ikinci üçtərəfli görüşü başlayıb.

Görüş "Şeraton" otelində baş tutub və təxminən bir saat davam edəcək.

Görüş Türkiyənin Trabzon şəhərində 2012-ci il iyunun 8-də qəbul olunan bəyannamə əsasında keçirilir.

Bəyannamə Gürcüstanın, Türkiyənin və Azərbaycanın qarşılıqlı əməkdaşlığının iqtisadiyyat, energetika, infrastruktur, nəqliyyat, mədəniyyət və humanitar sahələr kimi ən əhəmiyyətli istiqamətlərini əks etdirir.

Batumidə üç ölkənin nazirləri 2013-2015 illərdə idarələrarası əməkdaşlıq çərçivəsində iş planını qəbul edəcəklər. Plan müvafiq idarələr tərəfindən hazırlanıb və konkret layihələrin və təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutur.

Üç ölkənin Xarici İşlər nazirlikləri rəhbərləri üçtərəfli görüşün sonunda yekun protokol imzalayacaq və birgə brifinq keçirəcəklər.

Növbəti üçtərəfli görüş təxminən 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti