...

İranın nüvə proqramı ölkənin qanuni haqqıdır - səfir

Siyasət Materials 4 Aprel 2013 15:24 (UTC +04:00)
İranın nüvə enerjisi proqramı ölkənin parlaq gələcəyinin qanuni haqqı və milli məsələsidir.
İranın nüvə proqramı ölkənin qanuni haqqıdır - səfir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Tariverdiyeva/

İranın nüvə enerjisi proqramı ölkənin parlaq gələcəyinin qanuni haqqı və milli məsələsidir. Trend-in cümə axşamı "Press TV" telekanalına istinadən verdiyi məlumata görə, bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri Əli Əsgər Sultaniyə deyib.

"İran nüvə texnologiyalarını dinc məqsədlər üçün istifadə edir ki, bu da "Nüvə silahının yayılması haqqında" müqavilədə təsdiqini tapıb. Müqavilədə qeyd edilib ki, atom enerjisi istehsal edilə və elmi, tibbi və kənd təsərrüfatı sahələrində istifadə oluna bilər", - Sultaniyə bildirib.

O əlavə edib ki, İran nüvə proqramı çərçivəsində müasir iqtisadiyyat sahələri üçün yeni imkanlar axtarır.

Səfir vurğulayıb ki, xarici qüvvələr İranın nüvə proqramından bu ölkəyə qarşı təzyiq və hədə üçün bəhanə kimi istifadə edirlər. Onların məqsədi İranın etibarlı enerji mənbələrinə çıxışına imkan verməməkdir.

Sultaniyə bəyan edib ki, İran hələ də "Nüvə silahının yayılmaması haqqında" müqaviləyə müvafiq olaraq, BAEA ilə geniş əməkdaşlıq edib və edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti