...

Sarkisyan hökumətin istefasını qəbul edib

Siyasət Materials 9 Aprel 2013 16:12 (UTC +04:00)
Bu gün vəzifəsini icra etməyə başlayan Ermənistan Prezidenti Serj Sarkisyan hökumətin istefasını qəbul edib.
Sarkisyan hökumətin istefasını qəbul edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün vəzifəsini icra etməyə başlayan Ermənistan Prezidenti Serj Sarkisyan hökumətin istefasını qəbul edib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Yenidən seçilən prezidentin inauqurasiya mərasimi Yerevanda baş tutub.

İstefa barədə ərizəni Prezident Administrasiyasının inzibati binasında hökumət üzvlərinin iştirakı ilə ölkənin Baş naziri Tiqran Sarkisyan təqdim edib.

Ermənistan Konstitusiyasının 55-ci maddəsinin 4-cü bəndinə əsasən, ölkə başçısı səlahiyyətlərini icra etməyə başladığı gün hökumətin istefasını qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti