...

Əli Əhmədov: Davos Forumunda aparılan müzakirələr Azərbaycanın iqtisadi baxımdan gələcək inkişafına imkanlar yaradacaq

Siyasət Materials 10 Aprel 2013 14:13 (UTC +04:00)
Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilən iclasında aparılan müzakirələr Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən gələcək inkişafına daha geniş perspektivdən baxmağa imkanlar yaradacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini, icra katibi Əli Əhmədov deyib
Əli Əhmədov: Davos Forumunda aparılan müzakirələr Azərbaycanın iqtisadi baxımdan gələcək inkişafına imkanlar yaradacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev, E.İsmayılov/

Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilən iclasında aparılan müzakirələr Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən gələcək inkişafına daha geniş perspektivdən baxmağa imkanlar yaradacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.

"Digər bir tərəfdən burada ayrı-ayrı tanınmış iqtisadçıların və yaxud menecerlərin səsləndirdiyi fikirlər də Azərbaycanın regional iqtisadi baxımdan gələcək perspektivlərini göstərir. Hesab edirəm ki, bu, Azərbaycanın müasir iqtisadi həyatında mühüm bir hadisədir. Digər tərəfdən, bu bir daha onu göstərir ki, Azərbaycan dünya birliyində özünü artıq təsdiq etmiş, tanıtmış, ayrı-ayrı önəmli toplantılara ev sahibliyi etmək imkanında, qüdrətində olduğu bir ölkədir. Bu, əlbəttə ki, çox əhəmiyyətlidir, Azərbaycanın gələcək inkişaf perspektivlərinin təzahürlərindən biridir", Əhmədov bildirib.

Qeyd edək ki, bazar ertəsi Bakıda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti