...

Tomas Melia: ABŞ demokratiya, insan haqları, söz azadlığı sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır

Siyasət Materials 17 Aprel 2013 15:04 (UTC +04:00)
ABŞ demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Tomas Melia: ABŞ demokratiya, insan haqları, söz azadlığı sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir S.Ağayeva/

ABŞ demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bunu ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib.

Görüşdə nazir demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs edib.

Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib.

Nazir, eyni zamanda, ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd edib və münaqişənin bu günə kimi həll edilməməsinin regionun təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti münaqişənin həllində daha qərəzsiz, ədalətli və obyektiv mövqe tutmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti