...

Azərbaycanda bu ilin birinci rübündə müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb

Siyasət Materials 24 Aprel 2013 12:45 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,9 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olub. Trend-in məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda məlumat verilib.
Azərbaycanda bu ilin birinci rübündə müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb

Azərbaycan, Bakı, 24 aprel /Trend,müxbir İ.İzzət/

Azərbaycanda bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,9 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olub. Trend-in məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda məlumat verilib.

Birinci rübdə istehsal olunaraq sifarişçilərə təhvil verilən məmulatlardan PKM pulemyotunu, 60 mm-lik minaatanı, "Zəfər-K" tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, tank əleyhinə minanı, atıcı silahları, zirehli texnikanın ehtiyat hissələrini və digər məmulatları göstərmək olar.

Hesabat dövründə mülki məhsulların istehsalı üzrə proqnoza 100,6% əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 17,5 faiz artım qeydə olunub.

2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə 71 mövzu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Kollegiyada qeyd olundu ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayişi artıq ənənə halını alıb.

2009-cu ildə Türkiyədə keçirilən "IDEF-2009" sərgisində Müdafiə Sənayesi Nazirliyi 27 adda məmulatla təmsil olunmuşdusa, ötən ilin noyabrında İndoneziyada keçirilən "IndoDefence-2012"sərgisində 125 adda məmulatla təmsil olundu. Nazirlik may ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək "IDEF-2013" sərgisində isə 130 adda məmulat nümayiş etdirəcəkdir. Bu sərgidə, ilk dəfə olaraq 7,62x54 mm-lik "Gürzə" pulemyotu, 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcək.

Eyni zamanda qeyd olundu ki, Azərbaycan tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisi üçün artıq hazırlıq işlərinə başlanılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyində və tabeli müəssisələrində də ulu öndərin 90 illik yubileyinin layiqincə qeyd ediməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb təsdiq edilmiş və həyata keçirilməsinə başlanılmışdır.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti